Bakı. 14 may. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Tuna” şirkətinə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.
"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 3 bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı, 1 fond birjası, 1 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.