Bu ilin I rübündə Qazaxıstan iqtisadiyyatında illik müqayisədə 2,7% artım qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Askar Mamin məlumat verib.
Onun sözlərinə görə, son 1 ildə əsas iqtisadi sektorlarından olan hasilat sənayesi 5%, istehsalat 8,8%, o cümlədən maşın istehsalı 30,4%, inşaat isə 11,7% böyüyüb. Bununla yanaşı, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar məhdudiyyətlər maliyyə, nəqliyyat və xidmət sektorlarına mənfi təsir edib.
Hesabat dövründə Qazaxıstanda əsas kapitala qoyulan investisiya qoyuluşu 5,1% artıb.
Hazırda ölkənin valyuta ehtiyatları 30 milyard ABŞ dolları, Vahid Yığım Pensiya Fpndunun kapitalı isə 57,5 milyard ABŞ dollarıdır.