Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə portfelini yeniləyib

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Direktorlar Şürası bu günə qədər Azərbaycanda 42 əməliyyata ümumilikdə 426,223 milyon avro məbləğində kreditin ayrılmasını təsdiq edib.

“Report” bu barədə BSTDB-yə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki göstərici ilə müqayisədə əməliyyatların sayı dəyişməsədə, həcmi 7,192 milyon avro azalıb.

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında indiyə qədər ümumi dəyəri 423,608 milyon avro olan 43 əməliyyat üzrə müqavilə imzalanıb.

Bu günə BSTDB Azərbaycanda 39 layihə üzrə 543,339 milyon avro məbləğində vəsait ayırıb.

Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5 %-dir.

Digər xəbərlər