"Qala Sığorta"nın xalis mənfəəti 20 %-ə yaxın azalıb

"Qala Sığorta" ASC 2025-ci ili 11,931 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 19,8 % azdır.

Ötən il "Qala Sığorta"nın gəlirləri 84,617 milyon manat (əvvəlki ilə nisbətən 8,3 % çox), xərcləri 69,714 milyon manat (16,4 % çox), mənfəət vergisi ödəmələri isə 2,973 milyon manat (12 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Qala Sığorta"nın aktivləri 90,132 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,3 % artaraq 60,917 milyon manata çatıb, balans kapitalı isə 6,6 % azalaraq 29,216 milyon manata düşüb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır. Şirkətin səhmlərinin hər biri 16,2 % olmaqla İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), 9 %-i isə Vəliəhd Səfərova məxsusdur.

Digər xəbərlər