Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçdi

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məxsus daşınmaz əmlakın və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

“Report” xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.

Qalib şirkətə 7 560 manat ödəniləcək. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23