"Qala Həyat Sığorta" ASC-nin səhmlərinin 90 %-nə nəzarət edən "AzRe Təkrarsığorta" ASC payını 50 %-ə endirib.
"Report" bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, satılmış 40 %-lik payı 6 fiziki şəxs alıb. Bunlar, İftixar Fərəov (7,2 %), Namiq Hətəmov (7,2 %), Cavid Mirhadıyev (7,2 %), Əbülfət Tağıyev (7,2 %), Mehman Yusifov (7,2 %) və Vəliəhd Səfərovdur (4 %).
Səhmlərin qalan 10 %-i əvvəlki kimi Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır.