"Prior Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 342 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 34,2 % azdır.
Bu il yanvarın 1-nə "Prior Credit"in aktivləri 3,297 milyon manat olub ki, bu da illik müqayisədə 28,1 % çoxdur. Bunun 3,166 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 35 % böyüyüb.
Hesabat dövründə "Prior Credit"in öhdəlikləri 11 dəfə artaraq 1,172 milyon manata çatıb, balans kapitalı isə 13,9 % azalaraq 2,125 milyon manata düşüb.
Xatırladaq ki, “Prior Credit” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100 % "Prior Leasing" ASC-dir.