"Prior Credit" BOKT-un direktoru dəyişib

"Prior Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Emin Vəliyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, BOKT-a rəhbərlik Kifayət Ağalarovaya həvalə olunub.

Xatırladaq ki, "Prior Credit" ötən il yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Kredit təşkilatı "Prior Leasing" ASC ilə eyni hüquqi ünvanda fəaliyyət göstərir.

Digər xəbərlər