"Prins Kredit İttifaqı" ötən ili mənfəətlə başa vurub

"Prins Kredit İttifaqı" MMC 2021-ci ili 10 min manat xalis mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il kredit təşkilatının vergiyəqədərki mənfəəti 12 min manat, mənfəət vergisi ödəmələri isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Prins Kredit İttifaqı"nın aktivləri 691 min manat olub. Kredit təşkilatının öhdəlikləri 326 min manat, balans kapitalı isə 365 min manat təşkil edib.

Xatırladaq ki, "Prins Kredit İttifaqı" 2011-cİ ildə yaradılıb, Bərdədə fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 355 min manatdır.

Digər xəbərlər