Prezident İlham Əliyev: "Biz ili uğurla başa vururuq"

Bakı. 15 dekabr. REPORT.AZ/ "Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir". 

"Report"un məlumatına görə, bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində çıxışı zamanı bildirib. 

"Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir", - dövlət başçısı qeyd edib.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33