“Premier Credit”in rəhbərliyi dəyişib

Bakı. 13 mart. REPORT.AZ/ “Premier Credit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

“Report” BOKT-un idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, Sultan Gündüz oğlu Mirzəyevdir.

O, direktor vəzifəsində Nicat Məhərrəm oğlu Ömrümovu əvəz edib.

Xatırladaq ki, “Premier Credit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 min manatdır. BOKT-un təsisçiləri 34%-lik payla Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lik payla Validə İlham qızı Əzizova və 33%-lik payla İlahə Ənvər qızı Bəxşəliyevadır. 

Digər xəbərlər

Aqroservis auditor seçir 30 yanvar, 2026 / 09:00