Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub. Bununla da, ölkədə BOKT-ların sayı 56-ya düşüb.
"Premier Kredit" bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.