Bu ilin yanvar-mart aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3% azalaraq 1 224,3 mln manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ini təşkil edib.