Bu ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 016,8 milyon manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirib ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 905,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,3 %-ini təşkil edib.