"Payonix” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 171 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 76,3 % çoxdur.
Bu il yanvarın 1-nə "Payonix”in aktivləri 1,095 milyon manat olub ki, bu da, illik müqayisədə 15,8 % azdır. Bunun 490 min manatı 2024-cü ildə formalaşmış kredit portfelidir.
Hesabat dövrünə BOKT-un öhdəlikləri 36,1 % azalaraq 62 min manata, balans kapitalı isə 14,2 % azalaraq 1,032 milyon manata düşüb.
Xatırladaq ki, "Payonix” 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. Onun təsisçisi 100 % Fuad Bağırovdur.