"PAŞA Bank": "Bu ilin sonuna əsas hədəfimiz biznes sektorunda 25 %-lik payı qorumaqdır"

"PAŞA Bank" ASC olaraq bu ilin sonuna əsas hədəfimiz biznes sektorunda 25 %-lik, ümumi kredit portfelinin isə 14-15 %-lik bazar payını qorumaqdır".

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev deyib.

Onun sözlərinə görə, Bank proqnozlara tam cavab verir:

"Proqnozumuzu qoruyub saxlayırıq, məqsədimizdə heç bir yayınma olmayıb. Bu ilin altı ayında gəlirlərimiz büdcədə nəzərdə tutulan göstəricidən azdır. Məsələn, orda 10 milyon manatlıq çatışmamazlıq var. Bunun səbəbi isə aqro sektorda baş verən çətinliklərdir. Bizi ehtiyat yaratmağa sövq edib".

B. Nağıyev qeyd edib ki, "PAŞA Bank" xarici məhsullara investisiyaları artırıb, çünki Bankın xarici tərəfdaşlarının sayı artıb".

"Azərbaycan bazarında bu məhsullar yoxdur. Həmin məhsullar korporotiv həm də özəl bankçılıq qolu ilə ölkəyə gətirməyə çalışırıq. Qeyd edim ki, Azərbaycan bazarında korporotiv müştərilərimizin sayı artıb".

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Ador" MMC-yə, 10 %-i Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Digər xəbərlər