"PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü Bəhruz Nağıyev Bankın Gürcüstandakı filialının zərərlə işləməsinin səbəblərini açıqlayıb.
"Report" xəbər verir ki, o, bu barədə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfrasında danışıb.
"PAŞA Bank Gürcüstan"ın 2022-ci ilin II rübü üzrə maliyyə göstəriciləri ilə tanış olmuşam. Rəqəmlərdə çox müsbət irəliləyişlər görünür. Filialın bu ili mənfəətlə başa vuracağı gözlənilir. Ötən illərdəki zərərin əsas səbəbləri bankın pərakəndə bankçılıq sahəsinə daxil olması ilə əlaqədar olaraq xərclərin artırılması, Gürcüstan bazarında rəqabətin yüksək olmasıdır. Hesab edirəm ki, indiyə qədər çəkilmiş xərclər öz bəhrələrini verməyə başlayır”, - deyə o, qeyd edib.