Bu ilin I yarısında "PAŞA Bank" ASC-nin Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında dollar alışı ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çox olub.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilb.
"Biz banklararası bazarda aktivik. Valyuta sırf müştəri ehtiyaclaı üçün alınır. Çünki, banklar valyuta mövqeyini böyüdə bilməzlər. Burda requlyativ norma var", - deyə o qeyd edib.