Bu ilin sonuna qədər “PAŞA Bank” ASC nizamnamə kapitalını bir qədər də artıracaq.
“Report” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
Onun sözlərinə görə, kapital artımı yeni səhmdarın hesabına baş tutacaq. Hal-hazırda Bankın nizamnamə kapitalı 354,512 milyon manat təşkil edir.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Ador" MMC-yə, 10 %-i Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.