Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 61 % təşkil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 0,9 faiz bəndi azdır.
Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 17,9 %-dan 21,1 %-ə çatdırıb.
Fondun investisiyalarında qızılın payı 13,9 %-dan 12,1 %-ə, daşınmaz əmlakın payı isə 6,3 %-dən 5,7 %-ə düşüb.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.