2021-ci ildə Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min 600 manat olub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 4,2 % azdır.
Bunun da 1 milyon 574 min 200 manatını könüllü, 6 milyon 921 min 400 manatını isə icbari sığorta təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilə nisbətən 15,8 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4 % azdır.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 63,8 manat olub.
İcbari sığorta üzrə ümumilikdə 257 milyon 302,6 min manat sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilin eyni göstəricisi ilə müqayisədə 13,9 % çoxdur. Könüllü sığorta üzrə ümumilikdə 586 milyon 594,6 min manat sığorta haqqı toplanıb. Bu, 2020-ci illə müqayisədə 16,6 % çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 119 milyon 460,8 min manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.