Bu ilin 1 yanvar tarixinə Naxçıvan Muxtar Respublikasında quraşdırılmış POS-terminalların sayı 1 511-ə çatdırılıb.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 101 ədəd və yaxud 7,16 % çoxdur.
2021-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 119 milyon 48 min 435 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,2 % çoxdur.