2021-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olub.
Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, bir il öncəki göstəricidən 2,4 % çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 % artaraq 6 min 525 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 %-lik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59 % təşkil edib.