Ötən il Azərbaycandan Gürcüstana 85,3 milyon ABŞ dolları həcmində pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata əsasən, bu, 2020-ci illə müqayisədə 1,2 dəfə çoxdur. Ən çox pul köçürmələri (9,1 milyon ABŞ dolları) aprel, ən az pul köçürmələri isə (5,3 milyon ABŞ dolları) yanvar ayında həyata keçirilib.
2021-ci ildə Gürcüstandan Azərbaycana isə 20,2 milyon ABŞ dolları pul göndərilib ki, bu da illik müqayisədə 24 % çoxdur. Ən çox pul köçürmələri (2,1 milyon ABŞ dolları) dekabr, ən az isə (1,1 milyon ABŞ dolları) yanvar ayının payına düşüb.