2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə ötən il 281,2 milyon manat dəyərində 115,7 min ədəd əməliyyat aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, 2021-ci ildə AÖS platformasında “QR kod” vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə edilmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.
2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2,3 min ədəd, həcmi isə 7,9 min manat olub.