Ötən il 60 özəlləşdirilmə hərracı keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ildə dövlət əmlakının özəlləşdirilməsinə dair 60 hərrac keçirilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 513 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd edək ki, ötən il Azərbaycanda 1 095 dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat vəsait daxil olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23