Bakı. 27 oktyabr. REPORT.AZ/ Nağdsız ödəniş vasitəsi olan POS-terminalların sayı sentyabr ayı ərzində 208 ədəd artaraq bu il oktyabrın 1-nə 65 970-ə çatıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir.
Hesabata əsasən, terminalların sayında ilin əvvəli ilə müqayisədə 499 ədəd artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 641 ədəd azalma olub.
2018-ci il oktyabrın 1-nə əsasən ölkədəki terminalların 38 677-si və ya 58,6%-i Bakı, 27 293-ü və ya 41,4%-i regionların payına düşüb.