"Nova Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 73 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7,3 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "Nova Credit”in aktivləri 1,087 milyon manat olub ki, bu da illik müqayisədə 9,7 % çoxdur. Bunun 158 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli formalaşıb.
Hesabat dövründə "Nova Credit”in öhdəlikləri 169 dəfə artaraq 169 min manata çatıb, balans kapitalı isə 7,3 % azalaraq 918 min manata düşüb.
Xatırladaq ki, "Nova Credit” 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.