Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Neftmaştəmir” ASC-nin səhmlərinin təkrar bazarda alqı-satqısı üzrə əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 170 səhminin realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 5% baha – 2,1 manatdan alınıb-satılıb.
Xatırladaq ki, “Neftmaştəmir” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 291 880 manatdır.