Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 20,5 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
İnvestisiyaların 27,1 %-i 1 ildən 3 ilə qədər, 24,3 %-i 3 ildən 5 ilə qədər, 28,1 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.
Fondun investisiya portfelində 2023-cü ilin göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə olan alətlərin payı 5,7 faiz bəndi artıb, 1 ildən 3 ilə qədər müddətə olan - 6,5 faiz bəndi azalıb, 3 ildən 5 ilə qədər müddətə olan - 4,8 faiz bəndi artıb.
Portfeldə 5 ildən artıq müddətə olan alətlərin payı 32,1 %-dən 28,1 %-ədək azalıb.