“NBC Lizinq”in direktoru dəyişib

“NBC Lizinq” MMC-nin direktoru Orxan Mirzəyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Balabəy Rzayevə həvalə olunub.

Xatırladaq ki, “NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır. Şirkətin təsisçiləri 40% payla ləğv prosesində olan “NBC Bank” ASC və 60% payla hər iki maliyyə qurumunun daxil olduğu “Nurgun Group” MMC-dir.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23