Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin dəyəri 57,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 6 aylıq ticarət dövriyyəsinin 5,8 milyon ABŞ dollarını və yaxud 10,1 %-ni ixrac olunmuş məhsulların, 51,8 milyon ABŞ dollarını və yaxud 89,9 %-ni isə idxal olunmuş məhsulların dəyəri təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 %, o cümlədən idxal 15 % azalıb, ixrac isə 16 % artıb.