Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, bir il öncəki göstəricidən 15,7 % çoxdur.
Verilmiş kreditlərin 18 milyon 336 min 800 manatı və yaxud 11,1 %-i qısamüddətli, 146 milyon 556 min 900 manatı və yaxud 88,9 %-i uzunmüddətli kreditlər olub.
Son 1 ildə qısamüddətli kreditlər 3 milyon 108 min 400 manat və yaxud 20,4 %, uzunmüddətli kreditlər isə 19 milyon 270 min 900 manat və yaxud 15,1 % artıb.