Naxçıvanda yeni kreditləşmə 36 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 153,8 milyon manat kredit verib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 35,6 % çoxdur.

Verilmiş kreditlərin 16,2 milyon manat və yaxud 10,5 %-i qısamüddətli, 137,6 milyon manatı və yaxud 89,5 %-i uzunmüddətli kreditlər olub. Bu da illik müqayisədə müvafiq olaraq 30,1 % və 36,3 % çoxdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46