Bu ilin yanvar ayında Naxçıvan MR-da bank və bank olmayam kredit təşkilatları 19,3 milyon manat məbləğində kreditlər verilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,7 % çoxdur.
Yeni verilmiş kreditlərin 1,7 milyon manatı və yaxud 8,9 %-i qısamüddətli, 17,6 milyon manatı və yaxud 91,1 %-i uzunmüddətli kreditlərdir.