Naxçıvanda POS-terminalların sayı 10%-dən çox artıb

Bu il yanvarın 1-nə Naxçıvan MR-da 1 410 ədəd POS-terminal olub.

Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 132 ədəd və yaxud 10,3% çoxdur.

Ötən il muxtar respublikada internet və POS-terminallarla həyata keçirilən nağdsız ödənişlərin məbləği 89,4 milyon manat təşkil edib.

Digər xəbərlər

Azəristiliktəchizat auditor seçir 23 dekabr, 2025 / 16:51