Ötən ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 9 milyon 699,6 min manat məbləğində ipoteka krediti verilib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bunun 16,1 %-i və ya 1 milyon 563,8 min manatı güzəştli şərtlərlə, 83,9 %-i və ya 8 milyon 135,8 min manatı isə digər şərtlərlə verilib.
11 ayda regionda 166 nəfər ipoteka krediti götürüb ki, bunlardan 27-si güzəştli, 139-u isə digər şərtlərlə ipoteka krediti sahibi olub.
Ötən il ərzində verilən ipoteka kreditlərinin ümumi kreditlərdə payı 2,8 % təşkil edib.