Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 232 milyon 952,6 min manat məbləğində kreditlər verilib.
Bu barədə “Report”a yerli Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, bir il öncəki göstəricidən 25,4 % çoxdur.
Verilmiş kreditlərin 19 milyon 19,8 min manatı və yaxud 8,2 %-i qısamüddətli, 213 milyon 932,8 min manatı və yaxud 91,8 %-i uzunmüddətli kreditlər olub.
Qeyd edək ki, bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 701,7 milyon manat təşkil edib.