Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da 252,4 milyon manat kredit verilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 % çoxdur.
Verilmiş kreditlərin 20,3 milyon manatı və yaxud 8 %-i qısamüddətli, 232,2 milyon manatı və yaxud 92 %-i uzunmüddətli kreditlər olub.