Bu il aprelin 1-nə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 18 milyon 877,4 min manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Bunun 95 %-i və ya 17 milyon 943,3 min manatı milli valyutada, 5 %-i və ya 934,1 min manatı isə xarici valyutada qoyulub. Bu da, illik müqayisədə 32 % və 0,7 % çoxdur.
Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital Bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC) fəaliyyət göstərir.