Bu il oktyabrın 1-nə Naxçıvan MR-da 179 571 bank hesabı olub.
“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 85,8% çoxdur. Hesabların 168 032-si və ya 93,6 %-i aktiv hesablardır.
Bu ilin yanvar-sentyabr aylarında isə Naxçıvanda 34 121 yeni bank hesabı açılıb. Bu isə 1 il əvvələ nisbətən 18,5% çoxdur. Yeni hesabların 34 081-i aktiv hesablardır.