Naxçıvanda bank əmanətləri 42 % artıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 45,2 milyon manat əmanəti olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il avqustun 1-nə nisbətən 42 % çoxdur.

Əmanətlərin 95,1 %-i milli, 4,9 %-i xarici valyutada qoyulub.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33