“Naxçıvan Sığorta” ASC 2021-ci ili 900 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 2,278 milyon manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), xərcləri 1,153 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 225 min manat (2,8 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 9,58 milyon manat olub ki, bu da illik müqayisədə 20,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 47,5% artaraq 2,176 milyon manata, balans kapitalı 13,8% artaraq 7,405 milyon manata, o cümlədən nizamnamə kapitalı 5,2% artaraq 6,416 milyon manata çatıb.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.