Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 2 % artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 978,6 milyon manat vəsait yönəldilib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.

11 aylıq investisiya qoyuluşunun 922,9 milyon manatı və yaxud 94,3 %-i muxtar respublikada aparılan tikinti-quraşdırma işlərinin payına düşüb.

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda isə əsas kapitala 13 053,6 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,2 % çox vəsait yönəldilib.

Son 1 ildə neft-qaz sektoruna investisiyalar 14,7 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar 24,5 % artıb.

Digər xəbərlər