Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da əsas kapitala 297 milyon 433 min manat vəsait yönəldilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.
4 aylıq investisiya qoyuluşunun 287 milyon 364 min manatı və yaxud 96,6 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.