Bu ilin yanvar-mart ayları ərzində Naxçıvanda ümumi daxili məhsul istehsalı 548,4 mln manat təşkil edib.
Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2019-cu ilin birinci rübü ilə müqayisədə 0,8% çoxdur.
Bu ilin birinci rübündə muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 1 192,1 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Bu müddət ərzində muxtar respublikada sənaye istehsalının ümumi həcmi 251,8 mln manat təşkil edib. Bu da ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 1% çoxdur.
Xatırladaq ki, 2019-cu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənaye istehsalının həcmi 246,5 mln manat olub.