Naxçıvan iqtisadiyyatı 1%-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 1 007,286 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur. 

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,5% artaraq 2 190 manat təşkil edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46