Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-də 743 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,3% artaraq 1 615 manat təşkil edib.