Naxçıvan banklarında açılmış hesablarının sayı iki dəfə artıb

Bu ilin yanvarın 1-i tarixinə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 186 min 622-ə çatıb, bunun da 175 min 338-i və ya 94 %-i aktiv hesablardır.

“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

2020-ci ilin yanvarın 1-nə olan müddətlə müqayisədə Naxçıvanda açılmış bank hesablarının sayı 94 min 284 vahid və ya 2,02 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ildə açılmış 45 min 117 bank hesabının 45 min 075-i aktiv hesablar olub. Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 8 min 573 vahid və ya 23,45 % çoxdur.

Digər xəbərlər