Nağd bitkoinin qiyməti 1 000 dollara çatıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Dünyanın aparıcı virtual kriptvalyutası olan bitkoinin nağd forması – “Bitcoin Cash”ın qiyməti bu gün 1 000 ABŞ dollarına çatıb.

“Report” bu barədə “Bitfinex” ticarət meydançasına istinadən xəbər verir.

Paralel olaraq, klassik bitkoin ucuzlaşmaqdadır və onun qiyməti 6 615 dollara düşüb.

Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət qeyri-nağd bitkoindən nağd bitkoinə keçid çağırışları ilə bağlıdır. 

Digər xəbərlər